Dövlət xadimi, görkəmli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20 illiyi ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Ulu Öndərin Fəxri xiyabandaki məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anıb.
“İki sahil” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.