Bakıda memarlıq abidələrində fasad reklamına dair məhdudiyyət müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu, “Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər”də əksini tapıb.
Bakıda memarlıq abidələrində (binalarında) eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsi qadağan edilib.
Qeyd edilib ki, reklam qurğusunun binanın fasadının memarlıq detallarında (o cümlədən, sütunlarda, ornamentlərdə, bəzəklərdə və s.) yerləşdirilməsinə yol verilməyəcək.
Eyni zamanda memarlıq abidələrində (binalarında) yerləşdirilən fasad reklamlarında daxili işıqlandırmadan istifadə olunması və memarlıq abidələrinin (binalarının) üzərində
kronşteyn panel qurğusunun yerləşdirilməsi də mümkün olmayacaq. Bildirilib ki, tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu hündürlüyünə və uzunluğuna görə 0,50 metrdən çox olmamalıdır.
Həmçinin, reklam qurğusunun memorial lövhələrə, həmçinin memarlıq abidələrinin (binalarının) məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilməsinə də yol verilməyəcək.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib