07 dekabr 2023 00:34
605

Oktay Derelioğlu yolda döyülüb - VİDEO

Türkiyə millisinin sabiq futbolçusu Oktay Derelioğlu yolda döyülüb.

“İki sahil” xəbər verir ki, dava yol mübahisəsi üstündə baş verib.

Veteran futbolçuya iki nəfər tərəfindən edilən hücum nəticəsində onun çiyni çıxıb, bir neçə xəsarət alıb.

Hadisə zamanı Derelioğlunun həyat yoldaşı da yanında olub.

Qeyd edək ki, Oktay Dərəlioğlu 2004-05 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinib.