2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 1783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
“İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 42.3%, fərdi sahibkarlıq subyektlərinin sayı 5.6% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və təşkilat ,1688 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (22) və fərdi sahibkarlıq subyekti (695) Ağdamda yaradılıb.
Aşağıdakı cədvəldə, cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib