SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin dekabrın 4-də reallaşan vətəndaş qəbulunda Zaqatala, Balakən, Qax rayonlarından, həmçinin Şəki şəhərindən olan ümumilikdə 86 vətəndaşın müraciəti dinlənilib. Ünvanlanan müraciətlərin əksəriyyəti cavablandırılıb, bəzilərinin isə araşdırılmasına qərar verilib.
Qeyd edək ki, bu kimi vətəndaş qəbullarının keçirilməsi Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun aparılır və məqsəd əhalinini narahat edən sosial- məişət problemlərinin həllin nail olmaqla onların rifah halını yüksəltmək və vətəndaş məmnuiyyəti qazanmaqdır.
Eyni zamanda, Ruslan Əliyev regiona səfəri çərçivəsində Zaqatala RQİİ-nin Xidmət Sahələrində çalışan bir qrup əməkdaşı ilə görüşüb. Görüş zamanı nəzarətçi-çilingərlərin qayğıları və iş prosesində qarşılaşdıqları problemlər dinlənilib. Daha sonra Zaqatala RQİİ-nin müxtəlif Xidmət Sahələrindən olmaqla ümumilikdə 14 nəfər əməkdaşa «Azəriqaz» İB-də faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyələr verilib.
Elçin Zaman, "İki sahil"