Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FIA Baş Assambleyalarının iclasları və Mükakatlandırma mərasimində (FIA Prize-Giving Ceremony) iştirak edəcək.
Qeyd edək ki, FIA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir.
Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir