04 dekabr 2023 18:49
483

Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (27.10.2023 - 03.11.2023) açıqlanıb.

“İki sahil” ANAMA-dan verilən məlumata istinadən xəbər verir ki, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575, 9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.