Son zamanlar yollarda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
“İki sahil” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
O, qeyd edib ki, bu növ hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən Respublikanın bütün bölgələrində sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Araşdırma zamanı piyada vurulması ilə nəticələnən qəzaların əksəriyyətinin sürücülər tərəfindən yol nişanlarının tələbinin pozulması və ya piyadaların yolu keçərkən diqqətlərini yola verməmələri, eyni zamanda piyadalar üçün ayrılmış keçidlərindən istifadə etməmələri səbəbindən baş verdiyi müəyyən edilib: “Hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir