Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün “TRK” adlı şəxsi təyyarəsi ilə BƏƏ-yə gedib.
“İki sahil” xəbər verir ki, Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayed Al Nahyan, Abu Dabi səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və əlaqədar rəsmilər qarşılayıblar.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç da Dubaya gediblər.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir