27 noyabr 2023 17:01
492

Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edirik- Türkiyənin müdafiə naziri

"Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edirik".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə görüşü zamanı deyib.

O bildirib ki, Ukraynada atəşkəsə ehtiyac var.

"Ukraynaya humanitar və siyasi dəstəyimiz davam edir. Türkiyənin təşəbbüslərini beynəlxalq ictimaiyyət müsbət qarşılayır. Savaşın dialoqla başa çatması üçün səylərimiz davam edir", - nazir vurğulayıb.