27 noyabr 2023 16:33
399

Zakir Həsənov gürcü həmkarı ilə birgə təlimlərin intensivliyinin artırılmasını müzakirə edib

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb.

“İki sahil” xəbər verir ki, həmçinin, birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.