27 noyabr 2023 16:34
417

Gürcü nazir Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar Zakir Həsənovu təbrik edib

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.

“İki sahil” xəbər verir ki, noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü zamanı Cuanşer Burçuladze Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb.

Qarşılıqlı səfərlərin, bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.