18 noyabr 2023 17:17
458

Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə "Zəfər" bayram konserti keçirilib

Tədbiri giriş sözü ilə açan Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin  ödənişsiz Bədii qiraət dərnəyinin rəhbəri Yadigar Musayev bu əlamətdar gün haqqında qonaqları məlumatlandırıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin təşkil etdiyi Zəfər konsertinə qatılan qonaqları, şəhid ailələrini və müharibə veteranlarını salamlayan Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva bu ilki zəfər paradımızın Xankəndində keçirilməsini vurğulayaraq , 8 Noyabr Zəfər gününün tarixi əhəmiyyətindən söhbət açıb. O, qeyd edib ki, şəhidlərimizin fədakarlığı və Ali Baş Komandan İlham Əliyevin cəsarəti sayəsində Azərbaycan tarixi ərazi bütövlüyünü bərpa edib.

Şəhid ailələri adından çıxış edən şəhid Çərkəz Teyyublunun atası Vidadi Teyyublu Zəfər gününü bizə yaşadan şəhidlərimizin əziz xatirəsinə həmişə hörmət və ehtiramla yanaşmalı olduğumuzu qeyd edərək, Zəfər bayramı münasibətilə hər kəsi təbrik edib.

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramında tanınmış və gənc ifaçılar musiqi töhfələri ilə çıxış edərək şəhid ailələrini və tədbir iştirakçılarını təbrik ediblər. Zəfər konsertində sevilən müğənni,Hərbi orkestrın solisti, gizir Anar İlhamlı, Qaradağ rayonunda yaşayan istedadlı xanəndə Şücaət Mirzəliyev, gənc ifaçılar Mirfərhad Həbibi, Şaiq Şirvani və Qızıldaş qəsəbəsində yaşayan istedadlı müğənni Şəbnəm Babazadə çıxış ediblər.

Mərkəzin bədii- qiraət dərnəyinin üzvlərinin ifasında Vətən mövzusunda şeirlər səsləndiririlib. Konsert proqramı mərkəzin məktəbəqədər kursunun şagirdlərinin ifalarında rəqs nömrələri, mərkəzin bədii- özfəaliyyət kollektivi "Fidan" rəqs qrupunun ifasında "Nazeləmə" rəqsi və mərkəzin Aşıq dərnəyi nəznində "Ozan" Aşıq qrupunun üzvü Rəvan Abbasovun ifası ilə davam edib.