Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın (MDB PA) Şura iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, iclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.
Tədbirdə həmçinin Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən təşkilata üzv ölkələrin bəzi parlament təmsilçiləri MDB PA tərəfindən təltif ediliblər.
Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur