Bir aydan artıqdır ki, İsrail-HƏMAS müharibəsi təkcə ön cəbhədə yox, həm də cəbhədən aralıda, hətta beyinlərdə gedir.

“İki sahil” xəbər verir ki, jurnalist Kamran Qasımovun çəkdiyi “Arxa Cəbhə” sənədli filmində həm yəhudi, həm də ərəb əhalisinin mövqeləri, eləcə də rəsmilərin mövqeləri yer alıb.
Filmdə həmçinin HƏMAS-ın girov götürdüyü insanların ailə üzvləri danışır. Film AzerNyuMedia Şirkəti tərəfindən istehsal olunub.
Çəkilişlər İsrailin Qüds, Tel-Əviv və Lod şəhərlərində aparılıb.
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub