Naftalan şəhər sakini, 1981-ci il təvəllüdlü S.İmaninin ölümünə səbəb olan sürücü saxlanılıb.
“İki sahil” xəbər verir ki, Polis Şöbəsinə naməlum avtomobil tərəfindən piyadanın vurulması, onun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini M.Hüseynov tanışına məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçıb, daha sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.
Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub