Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini yad etmək üçün Anım günü keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.
"Münaqişə nəticəsində həyatını itirənlərin və yaralananların hamısını xatırlamaq üçün hər il anım mərasimi keçiririk. Böyük Britaniyanın Bakıdakı icması, diplomatik missiyaların və Müdafiə Nazirliyinin nümayəndələri bu mərasimdə iştirak edərək müharibə qurbanlarını iki dəqiqəlik sükutla yad ediblər", - paylaşımda qeyd olunub.
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub