Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Lukka şəhərində konsertdə çıxış edib.
“İki sahil” xəbər verir ki, dünya şöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunan ənənəvi konsertdə Afaq Abbasova italiyalı və macar opera ifaçıları ilə eyni səhnəni bölüşüb. Əməkdar artist konsert proqramında bəstəkarın əsərlərini səsləndirib.
Konsertlə bağlı təəssüratlarını bölüşən Afaq Abbasova çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu ifadə edib. Afaq Abbasova ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Afaq Abbasova davamlı olaraq İtaliyada müxtəlif konsertlərdə və tamaşalarda çıxış edir.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib