İtaliyanın paytaxtı Romada sirkdən qaçan şir küçələrdə dolaşıb.
“İki sahil” xəbər verir ki, şirin gecə saatlarında Ladispoli qəsəbəsində küçələrdə gəzdiyini görənlər gözlərinə inanmayıblar. Qəsəbə sakinləri qorxu və təəccüblə mobil telefonlarla həmin anların videosunu çəkiblər. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif videolar paylaşılıb.
Ladispoli meri Alessandro Qrando bölgə sakinlərinə evdə qalmaları barədə xəbərdarlıq edib.
Bölgəyə gələn baytar qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları uzun sürən təqibdən sonra şiri tutublar. Şirin qəsəbədən 500 metr uzaqlıqda Cerreto bölgəsindəki Viale Mediterraneoda keçirilən sirkdən qaçdığı məlum olub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə hərbi əməliyyata başlayıb
Maduro: Venesuela ordusu bu il 39 narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib
Yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb