Bu gün Ankarada yerləşən Şuşa Konqres Mərkəzində Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 85-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, onun xatirəsi ehtiramla yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri professor Aygün Attar Mustafa Kamal Atatürkü ehtiramla yad edərək Azərbaycan Türkiyə əlaqələrinin qurulmasında Türkiyənin qurucu liderinin fəaliyyətlərindən bəhs ediblər.
Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsinin dekanı, professor İbrahim Ethem Atnur, Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı professor Şefiqe Şule Erçetin, Qazi Universitetinin professoru Necdet Hayta tədbirlə əlaqədar keçirilən paneldə Mustafa Kamal Atatürkün həyat yolundan, fəaliyyətlərindən və dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub