Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qəraragah rəisi, ordu generalı Hulusi Akarla görüşüb.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
Qeyd edək ki, Z.Həsənov bu gün Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Z.Həsənovun, həmçinin martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub