Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Nazirlikdən daxil olan məlumatda bildirilib ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır: "Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir".
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub