Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, diplomat təbrikini "X" hesabında paylaşıb.
"Dost Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edirik! 44 günlük müharibədə Zəfər postsovet məkanında digər münaqişələrin aradan qaldırılması istiqamətində mühüm addım oldu", - səfir yazıb.
Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur