Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox - 14 milyard 593,5 milyon manat vəsait daxil olub.
“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,2 % artaraq 8 milyard 387,4 milyon manata çatıb", - deyə o qeyd edib.
ADY və Gürcüstan Dəmir Yollarının rəhbərliyi dəmir yolu daşımalarının operativ təşkili üzrə görülən işlərlə tanış olub
Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq