Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində təhsil alan azərbaycanlı kursantlarla görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.
Zakir Həsənova məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumat verilib. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara tövsiyələrini verib.
Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub