Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan "Ana duası" filminin təqdimatı keçirilib.
“İki sahil”in məlumatına görə, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.
Filmin qəhrəmanı Oğuzda doğulmuş, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri, ravvin Şmuel Simantovdur.
Filmin rejissoru Rüfət Əsədovdur. Sözügedən film onun dağ yəhudiləri haqqında yeddinci filmidir.
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək