Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana gəlib.
“İki sahil” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Azərbaycana “Mustafa Kamal Atatürk-2023” təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün gəlib.
Nazir Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıblar.
***
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olumub ki, nazir "Mustafa Kamal Atatürk-2023" təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün Bakıya gedib.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb