20 oktyabr 2023 13:04
397

İrəvanda separatçıların “nümayəndəliyi”nə hücum edildi - VİDEO

Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasına hücum edib.

“İki sahil” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, polisin cəhdinə baxmayaraq, etirazçılar binaya daxil ola bilib.

Sözügedən şəxslər Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Separatçıların son “rəhbər”i Samvel Şahramanyanın da binada olduğu bildirilir. Hazırda hadisə yerində vəziyyətin gərgin olduğu vurğulanıb.