19 oktyabr 2023 23:25
385

Netanyahu İsrail ordusunun əsgərləri ilə videosunu paylaşdı - VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin əsgərləri ilə çəkilmiş və Qəzza zolağına hücum etməyə hazır olduğunu bildirən video paylaşıb.

“İki sahil” xəbər verir ki,  Netanyahu sözügedən paylaşımı X sosial şəbəkəsindəki səhifəsində edib.

“Mən və əsgərlərim hazırıq”, - deyə siyasətçi bildirib.

Baş nazir həmçinin Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu vurğulayıb.