Mexiko Ştatı Simfonik Orkestrinin üzvləri, orkestrin solisti həmvətənlərimiz Nana Babayeva, o cümlədən orkestrin üzvü, skripkaçı Çingiz Məmmədov Mexiko şəhərində yerləşən Milli Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.
Meksikadakı səfirliyimizdən “İki sahil”ə bildirilib ki, Rodriqo Masiasın dirijorluğu ilə keçirilən konsertdə bəstəkar İqor Stravinski və Anton Bruknerin əsərləri səsləndirilib.
Konsertin açılışında bəstəkar İ.Stravinskinin ritmik mürəkkəbliyi ilə seçilən “Skripka konserti” əsərini böyük ustalıqla səsləndirən Nana Babayevanın ifası qonaqlar tərəfindən alqışlarla qarşılanıb.