Oktyabrın 12-də Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Dəyirmi masa ətrafında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirib ki, Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atıb.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikanın qarşısında duran prioritet məsələlərdən birinin də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması olduğunu vurğulayıb, bu istiqamətdə atılan uğurlu addımlardan söz açıb.
Rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Yaqut Mövlamova, Əməkdar müəllim Pərviz Yəhyalı, rayonun qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova əsası Ulu Öndər tərəfindən qoyulmuş xarici siyasət strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.