Erməni portalı: Aprel döyüşləri Ermənistan hərbiçilərinin və siyasətçilərinin səriştəsizliyini ortaya qoydu
Aprel döyüşləri Ermənistan ordusunun qəhrəmanlığı haqqında iddiaların əsasının olmadığını göstərdi. Azərbaycan ordusu həmin döyüşlər zamanı Ermənistanın mövqelərinə ağır zərbələr vurdu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistanın “1in” saytında yayılan məqalədə yer alıb.
Yazıda bildirilir ki, dördgünlük müharibə Ermənistan hərbiçilərinin və siyasətçilərinin səriştəsizliyini ortaya qoydu. Azərbaycan ordusunun uğuru olan bu əməliyyat Ermənistan hərbiçilərinin və siyasətçilərinin fəaliyyətinin boş perspektiv üzərində durduğunu göstərdi. 1994-cü ildə əldə edilən atəşkəsdən sonra Ermənistanda yalnız korrupsiyanın, seçki fırıldaqçılığının inkişafı istiqamətində işlərin aparıldığı ortaya çıxdı. Bu döyüşlər Azərbaycanın üstünlüyə malik olduğunu, həmçinin öz strateji məqsədlərinə çatmaq iqtidarında olduğunu sübut etdi.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub