Moskvada “Miss Russia 2023” müsabiqəsinin finalı baş tutub.
“İki sahil” xəbər verir ki, qalib Sankt-Peterburqdan olan 22 yaşlı Marqarita Qolubeva olub. O, ötənilki qalib Anna Linnikovanın əlindən 1 milyon rubl və tacı təhvil alıb. Bundan sonra Marqarita Rusiyanı “Miss Kainat” və “Miss Dünya” beynəlxalq müsabiqələrində təmsil edəcək.
"1-ci vitse-Miss Rusiya - 2023" titulunu Tolyattidən olan Yelizaveta Dudina qazanıb. “2-ci vitse-Miss Rusiya - 2023” titulunun qalibi Saxa Respublikasından olan Lyubov Xoxlova olub.
Qeyd edək ki, Marqarita Rusiya Gömrük Akademiyasının Gömrük işi fakültəsinin 5-ci kurs, eyni zamanda Moskva Dövlət Mədəniyyət İnstitutunun Musiqi İncəsənət fakültəsinin 2-ci kurs tələbəsidir. 2021-ci ildə Birinci Kanalda "Səs" şousunda iştirak edib.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub