Ölkədə qiymətli metallar, daşların və onlardan hazırlanan məmulatların, həmçinin mədəniyyət məhsullarının alqı-satqısının nağdsız aparılması ilə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ parlamentin oktyabrın 6-da keçirilən növbəti plenar iclasının gündəliyində yer alıb.
Qanun layihəsinə əsasən, qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Uyğunlaşdırma xarakteri daşıyan qanun layihəsi səsvermədən sonra qəbul olunub.