27 sentyabr - Anım Günü ilə əlaqədar SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə şəhid ailələrini ziyarət ediblər.
«İki sahil»” xəbər verir ki, görüş zamanı torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhid Zeynalov Arzu Rövşən oğlunun və Ələsgərov Pərviz Lətif oğlunun ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanılıb.
Şəhid ailələri onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Elçin Zaman, «İki sahil»
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib