Müsahibimiz YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovdur
- Azərbaycan son illərdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevirilib. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr respublikamızın bütün bölgələrini əhatə edir. Möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. Bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ildən-ilə daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Yəni, ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır.
- Ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək tutduğu yola sadiq olmuş, populist vədlər verməmiş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas kimi qəbul etmişdir. Məhz sözlə əməl birliyi onun cəmiyyətdə nüfuzunu daha da artırmış, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənmişdir. Bu gün partiyanın sıralarında 670 mindən artıq üzvün birləşməsi də Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən hər bir seçki prosesindən qələbə ilə çıxmasını şərtləndirən əsas amillərdən biri də məhz sözlə əməl birliyidir.
- Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəaliyyətində dünən təşkilatlanma, kəmiyyət və inkişaf üstünlük təşkil edirdisə, bu gün bunlarla yanaşı, təkamül, kreativ düşüncə, intellektual potensial, yeni ideyalar fəaliyyətin ana xəttidir. Bizim fəaliyyətimizə stimul verən başlıca amillərdən biri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin diqqət və qayğısıdır. Dövlət başçısının 3 iyul 2013-cü il tarixində Binəqədi rayonuna səfəri çərçivəsində bir sıra sosial obyektlərin, o cümlədən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etməsi, öz tapşırıq və tövsiyələrini verməsi həmin diqqətin bir nümunəsidir və özü-özlüyündə bizə göstərilən bir etimaddır. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı olaraq biz də göstərilən etimadı doğrultmaq istiqamətində öz fəaliyyətimizi davam etdirir, cənab Prezidentin partiyaya yeni qəbul zamanı keyfiyyət prinsipinə üstünlük verilməsinə dair tövsiyəsini rəhbər tutaraq sağlam əqidəli, yüksək təhsilli, vətənpərvər, öz dövlətini və millətini sevən şəxslərin partiyaya üzvlüyünə üstünlük veririk.
- YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Gənclər bütün seçkilərdə də fəal iştirak ediblər. YAP Binəqədi rayon təşkilatı da demək olar ki, gənclərdən təşkil olunub. Gənclər daha çox hansı sahələrə meyil edirlər? Harada ki, onların fikirləri dinlənilir, təklifləri müzakirə olunur, ideyaları dəstəklənir. Bu gün dövlət gənclər siyasətindən, partiyanın prioritetlərindən irəli gələrək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında gənclərin inkişafına, onların özünürealizəsinə, formalaşmasına hər bir şərait yaradılır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın intellektual gəncliyi öz siyasi taleyini Yeni Azərbaycan Partiyası ilə bağlayaraq sıralarımıza qoşulurlar. “Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.” Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının I Qurultayında bu fikirləri səsləndirməklə partiyada gənclərin sayının artırılmasını xüsusi proqram kimi, vəzifə kimi qarşıya qoymuşdu. Hazırda Yeni Azərbaycan Partiyası üzvlərinin 40 faizə qədəri, Binəqədi rayon partiya təşkilatında isə üzvlərin 53%-ə qədəri gənclərdən ibarətdir ki, bu da məhz Ümummilli Liderimizin uzaqgörən siyasətinin nəticəsidir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərlə bağlı Dövlət proqramları hazırlanır. Bütün bunlar, dövlət gənclər siyasəti rəhbər tutularaq, təbii ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında gənclərə üstünlük verilir.
- Binəqədi rayon təşkilatı partiyanın ilkin dövrlərində yaranan ilk on rayon təşkilatından, Bakı şəhəri üzrə isə yaranan təşkilatların birincilərindəndir. Partiyanın rayon təşkilatı 24 illik şərəfli bir yol keçib. Hazırda YAP Binəqədi rayon təşkilatının 15 mindən artıq üzvü var. Onların böyük əksəriyyəti fəal üzvlərdir. 213 ilk ərazi partiya təşkilatı mövcuddur. Qarşıya qoyulan vəzifələr mütəşəkkil şəkildə öz həllini tapır.
- Əlbəttə, gənclər siyasəti davam etdiriləcək, onların ideyaları, layihələrinin dəstəklənməsi prosesi yüksələn xətt üzrə artacaq. Həmçinin partiya üzvlərimizin sayının daha da artması və bu məsələdə kəmiyyət deyil, keyfiyyətə xüsusi önəm verilməsi əsas prinsip olaraq qalacaqdır. Gələcəklə bağlı planlarımız çox konkret və dəqiqdir. Bu planlar cənab Prezidentin imzası ilə təsdiqlənmiş Dövlət Proqramlarında öz əksini tapıb. O cümlədən, YAP Binəqədi rayon təşkilatı yaxın gələcək fəaliyyətini Yeni Azərbaycan Partiyasının 2016-cü ilə dair Tədbirlər Planına uyğun olaraq davam etdirəcəkdir.
Gələcəyə dair daha geniş anlamda planlara gəlincə, fikirlərimi Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin böyük hədəflə bağlı dəqiq ifadə edilən sözləri ilə yekunlaşdırıram: “Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla!”
Şəmsiyyə Əliqızı, Röya Şahbazi,
Tural Əhmədov, (foto) “İki sahil”
Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib