20 sentyabr -“Neftçilər Günü” peşə bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil”in SOCAR-a istinadən verdiyi məlumata görə, şirkət kollektivi ilk öncə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb.
Sonra Şəhidlər xiyabanına gələn SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edib.
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib