Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşudbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbi 2023-2024- cü illər üzrə yeni tədris ilinə başlayıb.
Yeni tədris ilində məktəbdə təhsil alan uşaqlara ilk dəfə olaraq Azərbaycan rəqsləri tədris olunacaq.
Beləliklə, bu il Xurşudbanu Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm və rəqs dərsləri tədris olunacaq.
Qeyd edək ki, bu il məktəbə 20-yə yaxın şagird yazılıb. Onlar arasında soydaşlarımızla yanaşı, türk, fransız, qazax və digər xalqlardan olan ailələrin uşaqları da var.
"Report"