17 sentyabr 2023 02:11
495

Azərbaycan Fransada “Assosiasiyalar Forumu”nda təmsil olunub

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edib.

Assosiasiyasının stendini ziyarət edən çoxlu sayda qonaqlar arasında Parisin 15-ci rayonunun meri Filip Qujon, 12 və 15-ci rayonun deputatları da olub.

Tədbirdə əsas məqsəd Azərbaycanı, mədəniyyətini fransızlara daha yaxından tanıtmaqdır.

Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini əks etdirən kitablar, milli əşyalar, geyimlər, xalçalar və mətbəx nümunələri nümayiş etdirilib. Eyni zamanda qonaqlar Azərbaycan mədəniyyəti haqqında məlumatlandırıblar.

Qeyd edək ki, kitablar fransız dilində Heydər Əliyev Fondu tərəfindən nəşr edilib.

Forum zamanı Azərbaycan musiqisi səsləndirilib və rəqsləri ifa olunub. Rəqslərimizi Dilber Yuzbir ifa edib.

Qeyd edək ki, Fransada “Assosiasiyalar Forumu” ildə bir dəfə, sentyabr ayında keçirilir. Parisin 15-ci rayonu (arrondissement de Vaugirard) Fransa paytaxtının 20 inzibati rayonundan biridir. Sena çayının sol sahilində yerləşir. Əhalinin ən sıx məskunlaşdığı rayon Vojirar və Qrenel şəhərlərinin 1860-cı ildə Parisə birləşdirilməsindən sonra yaranıb.

“Report”