14 sentyabr 2023 12:49
499

Naxçıvan Şəhər Mədəniyyəti İdarəsinin müdiri işdən çıxıb

Naxçıvan Şəhər Mədəniyyəti İdarəsinin müdiri Elşən Xəlilov vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Həsən Seyidov əmr imzalayıb.

E.Xəlilov öz ərizəsi əsasında işdən azad olunub.