Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün həyat yoldaşı Onur Saylak ilə boşandığı haqda məlumat yayılıb. ANS PRESS-in məlumatına görə, cütlüyün boşanması haqda müxbir Erol Köse "Her şeyi konuşalım" verilişində deyib. O iddia edir ki, cütlük gizli şəkildə boşanıb.
“Bu xəbəri Onura çox yaxın adamdan dəqiqləşdirmişəm. Təxminən 2-3 ay əvvəl boşanıblar”, - deyə jurnalist verilişdə məlumat yayıb. Bir müddət əvvəl də cütlüyün boşanma xəbərləri yayılmışdı. Lakin yayılan məlumatlar əsassız olub. Tuba ilə Onur Saylak 2011-ci ildə Parisdə evləniblər. Onlar “Gönülçələn” serialının çəkilişləri zamanı tanış olublar. 2012-ci ildə cütlüyün Mayo və Topraq adlı əkiz övladları olub.
Bir müddət əvvəl Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstün yeni filmində həyat yoldaşının anası rolunu ifa edib. Özcan Alperin rejissoru olduğu film dekabrın 11-i kinoteatrlarda yayımlanıb. Filmin baş rollarını Onur Saylak və rusiyalı aktisa Sofiya Həndəmirova ifa edib. Filmdə Onur Saylak ilə Sofya Həndəmirovanın sevişmə səhnələri də olub.