Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində italiyalı məşhur opera bəstəkarı Cakomo Puççininin 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.
“İki sahil” xəbər verir ki, italiyalı məşhur opera ifaçıları ilə eyni səhnəni bölüşən Afaq Abbasova konsert proqramında dünyaşöhrətli soprano Martina Serafinlə birgə çıxış edib. Həmçinin italiyalı məşhur aktyor və rejissor, “Oskar” mükafatı laureatı Ciankarlo Ciannini Puççinin yazdığı operalardakı arialarla bağlı fikirlərini bölüşüb.
Konsertə dair təəssüratlarını dilə gətirən Əməkdar artist çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu bildirib, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub