19 aprel 2016 18:34
103

Günəşdə ekstremal partlayış

Aprelin 18-i Günəşdə ekstremal partlayış baş verib.

Bu dəhşətli partlayışı NASA-nın Günəş Dinamikası Rəsədxanası qeydə alıb.

Bir həftə bundan qabaq AR2529 sahəsində “Günəş ürəyi” adını alan güclü partlayış müşahidə edilmişdi. Aprelin 18-i də eyni sahə yenidən fəallaşıb.

Astronomlar qeyri-adi ultrabənövşəyi partlayışın videosunu NASA-nın səhifəsində yerləşdirib.