08 sentyabr 2023 16:40
700

Brüsseldə azərbaycanlı rəssamın sərgisi açılıb

Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan rəssamı Əli Seyranın “Xəzər Dənizinə Baxın” adlı fərdi sərgisi açılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Qalereyası Həftəsonu çərçivəsində keçirilən sərgi sentyabrın 18-dək davam edəcək.