06 sentyabr 2023 14:57
521

Məşhur italyan kinorejissor vəfat edib

İtaliyalı kinorejissor, aktyor və ssenari müəllifi Culiano Montaldo (Giuliano Montaldo) 93 yaşında Romada vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli ANSA agentliyi məlumat yayıb.

Qeyd edək ki, Montaldo karyerası ərzində 20-dən çox film çəkib. Onun çəkdiyi filmlər sırasında “Sankt-Peterburq iblisləri” filmi, “Qızıl çərçivəli eynəklər”, “Toxunulmazlar”, “Cordano Bruno” kimi ekran əsərləri var.