"Mançester Siti"nin yarımmüdafiəçisi Koul Palmer karyerasını "Çelsi"də davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə London futbol klubu məlumat yayıb.
İyirmi bir yaşlı futbolçu "Çelsi" ilə 7 illik müqavilə imzalayıb.
Palmer “Mançester Siti”nin akademiyasından keçib, 2019/20-ci illərdə klubun gənclər komandasına kapitanlıq edib və onlarla 18 yaşadək futbolçular arasında İngiltərə Kubokunu qazanıb. Həmin turnirin finalında “Çelsi”yə qol vurub.
2022/23 mövsümündə Palmer "Siti"nin heyətində bütün yarışlarda 25 əsas oyuna çıxıb, liqa və İngiltərə Kubokunu, eləcə də Çempionlar Liqasını qazanıb.