"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin ilk iştirakçısının kimliyi bəlli olub.
“İki sahil” xəbər verir ki, Belçika müsabiqəyə qatılacağını rəsmən təsdiqləyən ilk ölkə olub. Ölkəni yarışda Mustii səhnə adı ilə tanınan belçikalı aktyor və müğənni Tomas Mustin təmsil edəcək.
“Bu dəlilik, həm də həqiqətdir! Belçikanı "Avroviziya 2024"də təmsil etmək şərəfinə nail oldum" deyə, Mustii sosial media hesabında yazıb.
Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək.
Onu da qeyd edək ki, bu il Ukrayna adından İngiltərədə keçirilən yarışmada İsveç təmsilçisi Loren yarışma tarixində ikinci dəfə (red. birinci dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə) qalib olub.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub