31 avqust 2023 14:30
515

Alla Puqaçova yenidən məhkəməyə verildi

Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən məhkəməyə verilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ölkənin qaz idarəsi ifaçının 15 min 536 rubl (275 manat) qaz borcu olduğu üçün məhkəməyə müraciət edilib.

Xatırladaq ki, Puqaçova Solneçnoqorsk şəhər rayon administrasiyasının əmlak idarəsi komitəsi tərəfindən də məhkəməyə verilib. 

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.