Ordubad rayonunda bir sıra tarixi abidələrə baxış keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu Məhdud Məsuliyyətli Cəmiyyətinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Ordubad şəhərində bir sıra tarix-memarlıq abidələrinə - Qeysəriyyə, Mədrəsə abidələrinə, Ordubad Came Məscidinə, Sərşəhər və Təkeşiyi məscidlərinə, Ordubad hamamına, Məbədə, mülki evlərə baxış keçirilib.
Qeyd edək ki, Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədi ilə bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması prioritet sahə olaraq qarşıya qoyulub.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq