30 avqust 2023 15:39
535

Nazirlikdə Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib

Mədəniyyət Nazirliyində Azərbaycan Dili və Ədəbiyyatı Forumuna qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.

Bildirək ki, Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.